"Sabah"ın futbolçuları növbəti dəfə koronaviris testindən keçib.
Klubdan verilən məlumata görə, Coşqun Diniyevlə Xulio Rodrigesin testi bu dəfə neqativ çıxıb. Hər iki oyunçu artıq komandanın ümumi hazırlıq prosesinə qoşulub. Xəstəliyə yoluxan Nikola Vuyadinoviç, Ozan Can Kökcü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov, Kevin Kubemba və Yevgeni Koçuk isə hələ də kollektivdən kənardadır. Onların testi yenə pozitiv çıxdığından, aktiv xəstə statusunda qalmaqdadırlar.